Prezident İlham Əliyev Qobustanda Gənclər Mərkəzinin açılışına qatılıb
01 may 2013 19:27 (UTC +04:00)

Prezident İlham Əliyev Qobustanda Gənclər Mərkəzinin açılışına qatılıb

Prezident İlham Əliyev mayın 1-də Qobustanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib. Sonra o, Mərkəzlə tanış olub. Bildirilib ki, gənclərin ilkin sənət və peşə vərdişlərinə yiyələnmələrini təmin etmək və bütövlükdə onların intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə tikilmiş Mərkəzdə Heydər Əliyevin və prezident İlham Əliyevin gənclərlə görüşlərini əks etdirən fotoguşə yaradılıb. Yetişməkdə olan nəslin daha çox maraq göstərdiyi peşələrin sirlərinə yiyələnmələri üçün Mərkəzdə müxtəlif kurslar və studiyalar fəaliyyət göstərəcək. Kompüter kursları, rəqs və rəsm studiyaları, atıcılıq klubu üçün xüsusi otaqlar ayrılıb. Buradakı internet–kafe və 3D kinozalı gənclərin asudə vaxtlarını mənalı keçirmələrini təmin edəcək. Mərkəzdəki 210 nəfərlik konfrans zalında müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq. Mərkəzin binasının sahəsi 882 kvadratmetrdir. Burada bütün işçi və yardımçı otaqlar ən zəruri avadanlıqla təchiz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar