Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Lent.az-ın president.az-a istinadən məlumatına görə, dövlət başçısı Sənaye Parkının təməlini qoyub.
Sonra Prezident Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Layihə rəhbəri Mehriban Axundova və ictimaiyyətin nümayəndəsi Arif Mahmudov yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
***
18:34
Prezident İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, ümummilli liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.