Prezident İlham Əliyev Biləcəridə parkın açılışında iştirak edib
22 aprel 2013 13:49 (UTC +04:00)

Prezident İlham Əliyev Biləcəridə parkın açılışında iştirak edib

Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı parkın ərazisində inşa edilmiş Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, parkda əsaslı təmir işləri dövlətimizin başçısının 2011-ci il 13 aprel tarixli Sərəncamı əsasında həyata keçirilib. Park uzun müddət baxımsız vəziyyətdə olduğundan yararsız hala düşmüş, burada qanunsuz tikililər, iaşə obyektləri inşa edilmişdi. Təmir işləri zamanı qanunsuz tikililər sökülüb. Ərazisi 4 hektar olan parkda 20 min kvadratmetrlik sahədə yaşıllıq salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, 40-a yaxın oturacaq qoyulub, fəvvarə, mini futbol meydançası, istirahət guşələri yaradılıb. Parkın ətrafındakı evlərin və iaşə obyektlərinin dam örtükləri, fasadı yenilənib.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Sakinlər adından çıxış edən Yaqub Vəliyev dövlətimizin başçısına minnətdarlığını çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577
avatar

Oxşar yazılar