Prezident Cəlilabada 6,1 milyon manat ayırdı
08 dekabr 2014 19:03 (UTC +04:00)

Prezident Cəlilabada 6,1 milyon manat ayırdı

0

Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən 6,1 milyon manat Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılıb.

 

Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar