press24.az saytına haker hücumu olub
25 yanvar 2013 12:56 (UTC +04:00)

press24.az saytına haker hücumu olub

Dünən axşam saatlarından etibarən, press24.az xəbər saytının fəaliyyətində problem yaranıb. Lent.az-ın məlumatına görə, dünəndən başlayaraq oxucular sayta daxil ola bilmirlər.

 

Saytın baş redaktoru Yaşar İsakov bildirib ki, girişin məhdudlaşmasına səbəb sayta edilən haker hücumlarıdır. Onun sözlərinə görə, axşamdan etibarən sayta naməlum istiqamətlərdən davamlı olaraq haker hücumları təşkil olunur. O, bildirib ki, mütəxəssislər haker hücumunun qarşısının alınması və saytın bərpa edilməsi istiqamətində iş görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1051
avatar

Oxşar yazılar