Portuqaliyada “Azərbaycan günü” keçirilib
24 dekabr 2015 17:20 (UTC +04:00)

Portuqaliyada “Azərbaycan günü” keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Portuqaliyanın Lusofona universitetinin təşəbbüsü ilə Portuqaliyanın Alfragide və Real kolleclərində ölkəmizə həsr edilən “Azərbaycan günü” tədbirləri keçirilib.

Mərkəzin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirlərin proqramı Azərbaycanın multikulturalizmi, mədəniyyəti, dili, adət-ənənləri və folkloru mövzularına həsr edilib.

BBMM-nin yerli və xarici ölkələrdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın Lusafona universitetində fənni tədris edən Maya Cəfərquliyeva və Alfragide kollecinin direktoru, professor Xose Romao və Real kollecin direktoru, professor Teresa Rosario Damasio çıxışlarında təhsildə mədəniyyətlərarası dialoqun rolundan və müasir dünyada tolerantlığın əhəmiyyətindən danışıblar. 

“Azərbaycan günü” tədbirlərində iştirakçıların əl işlərinin təqdimatları də təşkil edilib. Tədbirlərdə iştirak edən tələbə və müəllimlər öz istedadlarını və bilik bacarıqlarını nümayiş etdirmək məqsədilə müxtəlif incəsənət nümunələrini təqdim ediblər.

Sonda tədbirlər iştirakçıların Azərbaycan çayı və şirniyyatlarına qonaq edilməsi ilə başa çatıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Oxşar yazılar