Polislərimiz ingilis dilini öyrənir
21 yanvar 2015 19:41 (UTC +04:00)

Polislərimiz ingilis dilini öyrənir

1

Bu il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq çərçivəsində 500 polis əməkdaşı intensiv ingilis dili kurslarına cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Çevik Polis Alayında 2014-cü il ərzində görülən işlərin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində çıxış edən polis polkovniki Zaur Abdullayev bildirib ki, ingilis dili kurslarına cəlb olunan əməkdaşların yekun imtahanlarının nəticələri mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib:

 

 

“Bütövlükdə şəxsi heyətin xidməti hazırlığının artırılması, ekstremal şəraitdə adekvat qərar qəbul etmək bacarığına malik olması, fiziki qüvvənin, xüsusi vasitələrin qanunla müəyyən edilmiş hallarda tətbiqini mükəmməl bilməsi üçün lazımı işlər aparılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 477

Oxşar yazılar