Pis ekologiya intiharların sayını artırır
19 fevral 2015 05:15 (UTC +04:00)

Pis ekologiya intiharların sayını artırır

0

İnsanların depressiv olmasına tək sosial problemlər deyil, ekologiya da səbəb olur.

 

Lent.az-ın “milli.az”-a istinadən məlumatına görə,  ABŞ-ın Yuta ştatının universitetinin alimləri bunu ortaya çıxarıblar. Məlum olub ki, pis hava insanların psixoloji durumuna mənfi təsir göstərir. Hətta intihara da səbəb ola bilir. İntihar və kimyəvi birləşmələrin təsiri araşdırıldıqdan sonra belə bir nəticə ortaya çıxıb.

 

Analizin aparılması üçün Solt Leyk Siti şəhərinin 2000-2010-cu illərdə intihar etmiş 1,5 min sakininin məlumatları analiz edilib. Məlum olub ki, ruh düşkünlüyü yaradan kimyəvi elementləri onlar məhz havadan qəbul ediblər.

 

Məlum olub ki, bir neçə gün ərzində azot dioksidinin təsiri altından qalan insanlar intihara meylli olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar