Peugeot VW, Ford və Opel-dən öndədir
11 iyun 2013 10:30 (UTC +04:00)

Peugeot VW, Ford və Opel-dən öndədir

208 heçbək və 2008 şəhər krossoveri ilə Peugeot Avropa B seqmentini ələ keçirir.

29 Avropa ölkəsini əhatə edən bazarın 30%-ni təşkil edən bu seqmentdə 2012-ci ilin dekabrından fevraladək Peugeot 208 lider olub. Apreldə isə brend martda kiçik bir fərqlə itirdiyi üstünlüyü geri alıb – 25600 ədəd satışla  VW POLO, Ford FIESTA, Renault CLIO IV və Opel CORSA-nın durduğu sıraya başçılıq edib.

Daha 2 versiyada – 208 XY və 208 GTi ilə buraxılması mayda sifarişlərin daha da artmasına səbəb olub. Buraxıldığı vaxtdan – 2012-ci ilin iyunundan bu il mayın sonunadək dünya üzrə 314 min Peugeot 208 modeli satılıb.

2008 modeli ilə Peugeot B seqmentinə uğurlu krossover bəxş edib. Nəticə də göz qabağında – ötən ay Avropaya təqdim edilmiş model 1 ayda 15400 ədəd satılıb.

2008 modeli ilə bağlı iddialı olan Peugeot 2015-ci ilin sonunadək 200000 ədəd satmağı hədəfləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789
avatar

Oxşar yazılar