Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, bu məqsədlə yeni zirehli avtomobil alınıb. Zirehli maşın Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cihazqayırma zavodunun istehsalıdır.
Avtomobilin alınmasında məqsəd Penitensiar Xidmətin Mühafizə Alayının döyüş hazırlığının artırılması, şəxsi heyətin xüsusi texnikadan istifadə qabiliyyətinin təkmilləşdirilməsi və eləcə də mümkün kütləvi iğtişaşların qarşısının alınmasında istifadə olunmasıdır.