
"Rektorlar qadınlardan gileylənir ki, belə getsə..." - Komitə sədri
"Azərbaycanda elə peşə sahəsi yoxdur ki, qadınlar orda çalışmasınlar".
APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərdi Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün bütün imkanlar var: "Əlbəttə qadınlar kişilərdən daha ehtiyatlıdırlar, bəzən risk etmək istəmirlər. Buna görə biz onlara sahibkarlıq fəaliyyəti göstərməyə kömək göstərməliyik. Onların cəmiyyətin bütün sahələrinə inteqrasiya olmasını təşviq etməliyik".
H. Hüseynovanın sözlərinə görə bu gün ali təhsil ocaqlarının texniki sahələr üzrə fakültələrində qadınların sayı ildən-ilə artır: "Bir çox hallarda rektorlar gileylənirlər ki, belə getsə, texniki sahələri də qadınlar əlimizdən alacaqlar. Olsun, mən buna sevinirəm".
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12