Ötən il qəbul imtahanlarında bu qədər abituriyent 199-dək bal toplayıb
21 iyun 2019 11:51 (UTC +04:00)

Ötən il qəbul imtahanlarında bu qədər abituriyent 199-dək bal toplayıb

2018-ci ildə I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 46.4 faizi 200-dən az bal toplayıb.
 
Lent.az xəbər berir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində əksini tapıb.
 
Bildirilib ki, ötən il abituriyentlərin 46.4 faizi imtahandan 0-199, 18.4 faizi 200-299, 23.6  faizi 300-499, 11.7 faizi isə 500-700 bal toplayıb: "2017-ci ildə bu göstəricilər, müvafiq olaraq, 48.7 faiz, 18.4 faiz, 22.9 faiz, 10.0 faiz olub".
 
Qeyd olunub ki, 2018-ci ildə 0-199 bal toplayanların faiz nisbəti 2017-ci illə müqayisədə azalıb. 200-299 bal toplayanların faizi dəyişməyib, 300-499 və 500-700 bal toplayanların faizi isə artıb: “Ötən il Ağsu, Xızı, Astara, Daşkəsən, Lerik, Ağdaş, Şabran, Sabirabad və Samux rayonlarının məzunlarını təmsil edən abituriyentlərin 30 faizindən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar