Ötən ay qidadan 115 nəfər zəhərlənib
08 may 2014 12:16 (UTC +04:00)

Ötən ay qidadan 115 nəfər zəhərlənib

Ötən ay Azərbaycanda əhali arasında baş verən qida zəhərlənmələrinin statistikası açıqlanıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu ilin aprel ayı ərzində Azərbaycanda əhali arasında 99 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 115 nəfərin zərər çəkdiyini deyən şöbə müdirinin sözlərinə görə, ötən ay ərzində 2 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 2 nəfər zərər görüb. Aprel ayında qida zəhərlənməsindən 1 ölüm faktı qeydə alınıb. Belə ki, Ağcabədi rayonunda ev şəraitində tutulan pomidor turşusu yeyilməsi nəticəsində ölüm baş verib.

 

Ümumilikdə bu ilin ilk 4 ayı ərzində Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin statistik göstəricilərinə gəlincə, İ. Abdullayev qeyd edib ki, ötən müddətdə əhali arasında 296 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 331 nəfər zərər çəkib. Onun sözlərinə görə, ötən 4 ay ərzində 13 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində 19 nəfər zərər görüb. Bu müddət ərzində qida zəhərlənməsindən ölüm halı yalnız aprel ayında Ağcabədi rayonunda qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485
avatar

Oxşar yazılar