Orta məktəblərdə monitorinq aparılacaq fənlərin sayı artırılacaq
24 oktyabr 2013 15:38 (UTC +04:00)

Orta məktəblərdə monitorinq aparılacaq fənlərin sayı artırılacaq

TQDK orta məktəblərdə kurrikulumun tətbiqi zamanı rast gəlinən çətinlikləri müəyyən edəcək


 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ilində orta məktəblərdə aparılacaq monitorinq imtahanları zamanı tətbiq ediləcək yenilikləri açıqlayıb.

 

TQDK-dan APA-ya verilən xəbərə görə, növbəti ildə monitorinq imtahanları aparılacaq siniflərin və fənlərin sayı artırılacaq. Belə ki, gələn monitorinq imtahanlarının V, VI və XI siniflərdə Ana dili və Riyaziyyat fənnindən aparılması nəzərdə tutulur. Ola bilsin ki, VI sinifdə monitorinq imtahanında şagirdlərin bilikləri ayrı bir fənn üzrə də yoxlanılacaq. Həmin fənni müəyyən etmək üçün hazırda ekspertlərlə müəyyən məsləhətləşmələr aparılır.

 

Monitorinq imtahanları zamanı tətbiq ediləcək daha bir yenilik ondan ibarətdir ki, kurrikulum üzrə dərs keçən şagirdlərin müəllimlərinə yazılı anket sorğusunu, onların valideynlərinə isə internet vasitəsilə anket sorğusunu cavablandırmaq təklif olunacaq. Bu anket sorğusu isə komissiyaya kurrikulumun tətbiqi zamanı müəllimlərin, eləcədə valideynlərin rastlaşdığı çətinlikləri müəyyən etməyə imkan verəcək.

 

Qeyd edək ki, ötən tədris ilində TQDK tərəfindən ilk dəfə olaraq orta məktəblərdə monitorinq imtahanları keçirildi. Bu imtahanlar zamanı V və XI sinif şagirdlərinin biliyi yoxlanılıb.

# 1247
avatar

Oxşar yazılar