Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçirilib. Ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə ilk dəfə təşkil edilən “Açıq qapı”da vətəndaşların şikayət və təklifləri dinlənilib. Bu barədə Lent.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar tərəfindən daha çox işə qəbulla bağlı müraciətlər olub. Digər ali təhsil müəssisələri və orta məktəb müəllimləri ADİU-da pedaqoq kimi fəaliyyət göstərmək istəklərini rektora bildiriblər.
“Açıq qapı” günündə universitetə müəyyən layihələrlə bağlı təkliflərlə gələnlər də olub. Rektor bütün müraciətlərə baxılacağını bildirib.
“Açıq qapı” gününün keçirilməsində məqsəd ADİU-da idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət etməkdir.
ADİU-da “Açıq qapı” günü hər ayin birinci şənbə günü keçirilir. Növbəti “Açıq qapı” iyun ayının 7-də olacaq.