Orta məktəb məzunlarının sayı 25 mindən çox azalıb
11 fevral 2015 14:06 (UTC +04:00)

Orta məktəb məzunlarının sayı 25 mindən çox azalıb

 


”Buraxılış imtahanlarının nəticələri təhlil olunduqda görünür ki, son 3 ildə 9-cu sinif səviyyəsində Azərbaycan məktəblərin göstəriciləri 12 faiz artıb, tam orta təhsil səviyyəsində isə bu artım 5,2 %-dir. 11-ci sinif səviyyəsində bu artım var idi , amma 9-cu sinif səviyyəsi qədər deyil. Orta təhsil səviyyəsində bu dinamika daha yüksəkdir. Biz əlimizdən gələni etməliyik ki, bu müsbət dinamika saxlanılsın”.

 

Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında çıxışı zamanı deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticələri bir o qədər də pis olmayıb. Burada müsbət dinamikanın olduğunu deyən nazir müavininin sözlərinə görə, yalnız 2007-2013-cü illər ərzində orta məktəb məzunlarının sayı 25225 nəfər azalıb. Qəbul planı isə 10 minə yaxın artıb.

 

Ceyhun Bayramov bildirib ki, qəbul planının artması dünyada olan bir tendensiyadır və ali təhsilin kütləviləşməsi, insanların ali təhsilə daha üz tutması ilə nəticələnir: “Ancaq biz onu da başa düşməliyik ki, qəbul planı artıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür. Rəqabət qabiliyyəti aşağı düşən zaman isə bu, orta bala təsir etməyə bilməz”.

 


C. Bayramov qeyd edib ki, artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinə 360 balla müəllimlik ixtisasına üz tutan insanların sayı artıb: “Bu, bizi sevindirir və müsbət dinamikadır. 699 nəfər məzun 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisaslarını seçib. Onlar bu ixtisası ərizələrində məhz I və II yerdə yazıblar. Həmin 699 nəfərin 546 nəfəri müəllimlik peşəsini I qeyd edib. Hesab edirəm ki, 4 ildən sonra - bakalavr səviyyəsini bitirdikdə onlar böyük ehtimalla magistraturaya üz tutacaqlar. Bu, bir həqiqətdir ki, onlar böyük bır ordudur. Mövcud tendensiya strategiyaya uyğun olaraq daha da irəliləyəcək. Əlimizdən gələni etməliyik ki, bu sahədə mövcud problemlər aradan qaldırılsın”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130

Oxşar yazılar