Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək
10 iyul 2014 16:55 (UTC +04:00)

Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev iyulun 11-də Sumqayıt 1 saylı şəhər xəstəxanasında vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Nazir Sumqayıt sakinləri ilə yanaşı, Qubadlı, Abşeron, Xızı, Siyəzən rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Sumqayıt 1 saylı şəhər xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar