Ombudsmanın müraciəti ilə xeyli polis cəzalandırılıb
04 mart 2013 20:25 (UTC +04:00)

Ombudsmanın müraciəti ilə xeyli polis cəzalandırılıb

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) illik hesabatında azadlıqdan məhrumetmə yerləri ilə bağlı apardıqların baxışların nəticələrini açıqlayıb.

 

APA-nın məlumatına görə, hesabatda bildirilir ki, baxış zamanı üzə çıxan qanun pozuntuları ilə bağlı zəruri hallarda Respublika Baş Prokuroruna, daxili işlər və ədliyyə nazirliklərinə məlumat verilib.

 

Hesabatda bildirilir ki, nəticədə xidməti işin təşkilində yol verdikləri nöqsanlara görə Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinin rəisi polis baş leytenantı Ə. Ağayevə, məsul növbətçilər polis mayorları Y. Talıbova və E. Eldarova, Şəmkir və Gədəbəy RPŞ-lərin müvəqqəti saxlama yerlərinin rəisləri polis baş serjantları S. Hüseynova və E. Babayevə “töhmət” elan edilib.

 

Masallı RPŞ-nin Müvəqqəti saxlama yerinin polis baş serjantı A. Balakişiyev daxili işlər orqanlarında xidmətdən xaric edilib, məsul növbətçi polis kapitanı Ç. Gözəlova “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq”, ictimai təhlükəsizlik bölməsinin rəisi polis baş leytenantı C. Məmmədova və rəisin xidmət üzrə müavini polis polkovnik leytenantı F. Əliyevə “şiddətli töhmət” elan olunub.

 

Qəbələ RPŞ-nin məsul növbətçiləri polis baş leytenantları A. Xəlilov və T. Bağırov, müvəqqəti saxlama yerinin rəisi polis baş serjantı N. Əzimov, tabeliyindəki əməkdaşların qanunsuz hərəkətlərinin qarşısını almadığına və qeyd olunan nöqsanlara yol verdiklərinə görə Cəlilabad RPŞ rəisinin əməliyyat işi üzrə müavini Səfər Nuriyev və həmin şöbənin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Mehman Ağayev intizam məsuliyyətinə cəlb ediliblər.

 

Hesabatda qeyd olunur ki, bundan başqa Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MPQ) fəaliyyətinə maneə yaratdıqları üçün Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı R. Şərifova və polis sahə inspektoru, polis leytenantı İ. Məmmədova “töhmət” elan edilib, polis sahə rəisi, polis mayoru E. Ömərova və cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı E. Dəmirova “ciddi xəbərdarlıq” elan olunub, növbətçi köməkçisi, baş serjant B. Talıbov isə intizam məsuliyyətinə cəlb olunub.

 

Ombusdman eyni zamanda baxışların nəticəsi olaraq həbs yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, hauptvaxtlarda saxlanılan şəxslərin hüquqlarının səmərəli müdafiəsi məqsədilə onların vaxtında vəkillə görüşünün təmin olunmasının vacibliyini vurğulayıb. 

# 931
avatar

Oxşar yazılar