Oktyabrın 31-dək ölkə ərazisində əsasən yağmursuz hava şəraiti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən məlumata görə, Mərkəzi-Aran rayonlarında maksimal temperatur 19-24 dərəcəyədək yüksələcək. Bu da pambığın yetişməsi, yığımı və qurudulması üçün şərait yaradacaq. Əsasən yağmursuz hava şəraiti payızlıq dənlilərin səpini, toxumların cücərməsi və bitkilərin inkişafı üçün əlverişli olacaq.