Oğuzda yetkin yaş qrupunun tibbi müayinəsi nəzərdə tutulub
01 mart 2014 23:41 (UTC +04:00)

Oğuzda yetkin yaş qrupunun tibbi müayinəsi nəzərdə tutulub

Oğuzda 18 yaşdan yuxarı 29 min sakinin tibbi müayinədən keçməsi nəzərdə tutulub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölkə başçısı İlham Əliyevin 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən, Oğuz rayonunda da əhalinin tibbi müayinəsi keçirilir. Oğuz  Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya və qərargah yaradılıb, müayinəyə cəlb olunacaq əhalinin sayı dəqiqləşdirilib. Aksiya çərçivəsində rayonun 18 yaşdan yuxarı 29 min sakininin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Bu işə yüksək ixtisaslı, peşəkar həkim və orta tibb işçilərindən ibarət briqadalar cəlb olunublar. Əhalinin müayinələri Oğuz MRX-ı ilə yanaşı rayonun Xaçmaz kənd xəstəxanasında da aparılır. Bundan əlavə, ucqar kəndlərdə yaşayan əhalini tibbi müayinədən keçirmək üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət səyyar briqadalar da yaradılıb. 

 

Müayinəyə gələnlər daha çox ürək-damar, ağ ciyər, revmatik xəstəliklərindən əziyyət çəkdiklərini bildirirlər. Müraciət edənlər yüksək ixtisaslı həkim-mütəxəssislər tərəfindən müayinə olunur. Xəstəxanadan bildirilib ki, fevralın 17-dən indiyədək artıq 5 mindən çox rayon sakini tibbi müayinədən keçib.
 

 

# 505
avatar

Oxşar yazılar