2019-cu ilədək dünya bazarında ödənişli televiziya xidməti abunəçilərinin sayı 1,1 milyardı ötəcək, “IPTV”nin payı sürətlə artacaq. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2013-cü ildə dünya ödənişli televiziya abunəçilərinin sayı 903,3 milyon nəfər, onlara göstərilən xidmətlərdən əldə olunan gəlir 249,8 milyard dollar təşkil edib.
Kabel televiziyasının bütün ödənişli televiziya növləri arasında artım tempi çox zəifdir. Qərbi Avropa və ABŞ-da ötən il ərzində kabel televiziyasının abunəçi bazasında hətta azalma (müvafiq olaraq 1 və 1,5 faiz) qeydə alınıb, əsas artımı isə ümumilikdə Asiya-Sakit okean regionu və Cənubi Amerika abunəçiləri təmin edib.
2013-cü ilin sonuna dünyada ödənişli efir televiziyasının xidmətlərindən 9,5 milyon nəfər istifadə edib.