Layihə: “Mənim çəkdiklərim”
Lent.az-ın “Mənim çəkdiklərim” adlanan yeni layihəsində Azərbaycanın və dünyanın tanınmış şəxslərinin müxtəlif vaxtlarda çəkdikləri fotolar yer alacaq. Foto informasiya daşıyırsa, foto çəkən hər bir insan da hansısa mənada xəbər yaradıcısı sayıla bilər. Bu mənada, hətta həmkarımız olmayan, amma həyatının hansısa anlarında jurnalistlik etmiş məşhurların da əl işləri ilə bu layihə çərçivəsində tanış ola biləcəksiniz.
Layihənin bu dəfəki qonağı tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğludur. Rauf bəyin bu günə qədər çəkdiyi fotolar arasından ən maraqlılarını özünün qısa təqdimatı ilə sərgiləyirik:
- Foto çəkməyə heç bir marağım yoxdur. Bu şəkilləri, əksəriyyətlə, xəbər olaraq, ya da xəbərə əlavə kimi çəkmişəm. Bu cür minlərlə fotolarım var. Ağlıma da gəlməzdi ki, bir zamanlar bunların 30-40 dənəsini bir araya gətirib, onların özünü xəbər edərlər...
Xüsusi qeyd: Şəkilaltılar müəllifə aiddir.