Nursultan Nazarbayevin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirildi
15 dekabr 2014 20:55 (UTC +04:00)

Nursultan Nazarbayevin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirildi

0

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayev qonaqları salamlayıb. O, tədbir iştirakçılarına kitab haqqında məlumat verərək bu kitabın  Qazaxıstanın gənc paytaxtı Astana şəhərindən bəhs etdiyini qeyd edib. Səfir kitabın azərbaycanlı oxucular üçün maraqlı olacağını bildirib. Çıxışı zamanı Jumabayev Azərbaycan-Qazaxıstan əlaqələrinə toxunaraq, iki ölkə arasında sıx iqtisadi, siyasi əlaqələrin olduğuna da diqqət çəkib.

 

Daha sonra millət vəkili Nizami Cəfərov, çıxış edib. Nursultan Nazarbayevi Türk xalqının ağsaqqalı adlandıran millət vəkili sözügedən kitabda maraqlı iqtisadi, siyasi təhlillərin olduğunu  qeyd edib.   Millət vəkili Aydın Mirzəzadə iki ölkənin münasibətlərinə toxunaraq Azərbaycan-Qazaxsıtan arasındakı dostluq əlaqələrinin ümumilli lider Heydər Əliyev hakimiyyət illərində də və hazırda çox yaxın olduğunu, iki xalqın hər zaman bir-birinə dəstək verdiyini qeyd edib. O bu kitabın tərcüməsinin ölkələrarası dostluğun bariz nümunəsi olduğunu əlavə edib. Millət vəkili Qənirə Paşayeva "Avrasiyanın ürəyində" kitabının Qazaxıstanı yaxından tanımaq üçün önəmli olduğunu qeyd edərək, xüsusilə də gənclərin bu kitabı oxuyaraq qardaş ölkə ilə bağlı geniş informasiyaya yiyələnə biləcəyini vurğulayıb.

 

TürkPA-nın baş katibi Jandos Asanov  Qazaxıstan üçün Azərbaycanla dost və qardaşlıq münasibətlərinin mövcudluğunun vacib olduğunu qeyd edib.  "Prezident Nazarbayevin prezident İlham Əliyevlə hər görüşü ikitərəfli əməkdaşlığa yeni nəfəs və təkan verir. İki ölkə arasında birbaşa uçuşların çoxalması, ticarət dövriyyəsinin artırılması aydın müşahidə olunur". Asanov prezident Nazarbayevin Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu da qeyd edib. Baş katib sözügedən kitabın Azərbaycan cəmiyyətinə Qazaxıstanın inkişaf prosesini daha yaxından dərk etməyə kömək edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 195

Oxşar yazılar