Yaxın iki gün ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-17, Aran rayonlarında 14-19, dağlıq ərazilərdə 10-14 dərəcə isti olacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Noyabrın 27-dən 28-ə keçən gecə respublikanın bəzi qərb rayonlarında hava şəraitinin yağıntılı olacağı gözlənilir. Noyabrın 28-də gün ərzində ölkənin bəzi rayonlarında yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Noyabrın 27-ə nisbətən noyabrın 28-də havanın temperaturu 3-8 dərəcə enəcək.
Temperaturun enməsi nəticəsində noyabrın 28-də rayonlarda şaxtalı havanın olacağı gözlənilmir və həmin hava payız fəsli üçün xarakterik olacaq.