<b>Meteohəssas insanlara</b> <span style="color:red;">ŞAD XƏBƏR
16 noyabr 2017 12:40 (UTC +04:00)

Meteohəssas insanlara ŞAD XƏBƏR

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah gün ərzində yarımadanın bəzi yerlərində  arabir  çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-12°, gündüz 15-17°, Bakıda gecə 10-12°, gündüz  15-17° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-11°, gündüz 15-18°, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 371
avatar

Oxşar yazılar