“Novruz bayramı ilə əlaqədar martın 20-dən 26-dək ölkəmizdə qeyri-iş günləri olacaq”. Bunu Lent.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, gələn ayın 23-24-ü şənbə-bazar günlərinə düşdüyündən müvafiq olaraq martın 25-26-ı iş günləri sayılmayacaq: “Bununla da 7 gün ölkəmizdə iş olmayacaq”.
Qeyd edək ki, "Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr haqqında" qanununa əsasən, bayram günləri həftə sonlarına təsadüf edirsə, ondan sonrakı günlər qeyri-iş günləri hesab olunur.
Novruzun ilk çərşənbəsi fevralın 26-a, ilaxır çərşənbə isə martın 19-a təsadüf edir