Novruz bayramında 9 gün iş olmayacaq
20 fevral 2015 10:23 (UTC +04:00)

Novruz bayramında 9 gün iş olmayacaq

Azərbaycanda Novruz bayramında 9 gün qeyri-iş günü olacaq.

 

APA-nın məlumatına görə, Nazirləri Kabinetinin 24 noyabr 2015-ci il tarixli qərarına əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı olacaq.

 

Əmək Məcəlləsinə əsasən 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq. Nazirlər Kabineti 19 fevral 2015-ci il tarixli qərarı ilə iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında da qərar qəbul edib. 28 mart tarixinin şənbə gününə təsadüf etdiyini nəzərə alsaq, Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart qeyri-iş günü olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290
avatar

Oxşar yazılar