Notariuslara evlərin sənədləşdirilməsi ilə bağlı əlavə səlahiyyət verildi
22 aprel 2013 13:27 (UTC +04:00)

Notariuslara evlərin sənədləşdirilməsi ilə bağlı əlavə səlahiyyət verildi

Nazirlər Kabineti  2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədə qərar verib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik notariuslara daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əlavə səlahiyyət verilməsini nəzərdə tutur.

Başqa sözlə, notarius bundan sonra daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058
avatar

Oxşar yazılar