<b>Nikaha daxil olmaq istəyən 41 nəfərdə sifilis, 6 nəfərdə QİÇS aşkarlandı</b>
03 iyul 2018 12:35 (UTC +04:00)

Nikaha daxil olmaq istəyən 41 nəfərdə sifilis, 6 nəfərdə QİÇS aşkarlandı

“Ötən ay nikaha daxil olmaq üçün 11911 nəfər müayinə olunub.  Onlardan 305 nəfərdə talassemiya daşıyıcılığı, 41 nəfərdə sifilis, 6 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklər isə 6 nəfər olub”. Bu məlumatı Lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə deyib.

A.Mikayılzadə bildirib ki, ümumilikdə 2015-ci ildən bu günə qədər nikaha daxil olmaq üçün 430668 nəfər müayinə olunub. Onlardan 15997 nəfərdə talassemiya daşıyıcılığı, 1479 nəfərdə sifilis, 351 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklər isə 159 olub. 86 cütlük perinatal müayinə üçün müraciət edib. 44 döl müayinə olunub. onlardan 11-i xəstə, 26-sı daşıyıcı, 7 isə sağlam olub. 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Yasəmən Bağırova

Oxşar yazılar