Nifaq mənbəyi olan şifer
23 iyun 2016 10:30 (UTC +04:00)

Nifaq mənbəyi olan şifer

Həyatımıza yeni məhsul və texnologiyaların daxil olması hər zaman elmi tərəqqinin nəticəsi olmur. Bəzən bu ictimai fikrə manipulyasiya edilməsinin nəticəsidir. Bu iddiaya bir nümunə olan ən dramatik və maraqlı süjetlərdən biri artıq onilliklər ərzində asbest ətrafında cərəyan edir. 
 
Asbest silikatlar sinfindən olan, lifli struktura malik mineraldır. Onun lifləri unikal xüsusiyyətlərə malikdir. Onlar qırılmaya qarşı son dərəcə davamlılıq və aşağı istilikkeçirmə xüsusiyyəti ilə fərqlənir. Asbestə hələ qədim Misir dövründən böyük maraq bəslənirdi. Asbest ilk növbədə yanğından qorunmaq məqsədilə istifadə olunurdu. Bizim dövrümüzdə asbest daha çox möhkəmliyinə görə qiymətləndirilir. Asbestin bu xüsusiyyəti onu demək olar ki, müxtəlif tikinti materialları və xüsusilə onlardan ən çox tanınmışı olan şifer üçün təməl kimi əvəzedilməz etdi.  
 
Asbestin unikal xüsusiyyətləri dünya kimya sənayesinin nəhəngləri üçün baş ağrısı oldu. Təbii lifə bir çox süni alternativ yaratmaqla kimyaçılar onların bazara çıxarılması zamanı demək olar ki, həllolunmaz problemlərlə üzləşdilər. Əvvəla, süni liflər asbestdən 6-10 dəfə daha bahadır. İkincisi, onlardan bir çoxu istehlak xüsusiyyətlərinə görə asbestdən geri qalır. Üçüncüsü, süni liflərin təhlükəli olması faktıdır. Tərkibinə liflər daxil olan mallar, mütəxəssislərin dediyi kimi "toz verir". Digər sözlə, lif hissəcikləri istər-istəməz havaya qalxır və demək ki, ciyarlarımıza hopur, bu isə müxtəlif xəstəliklərlərə hətta xərçəngə gətirib-çıxara bilər. Belə ki, keramika lifləri 60 gün, aramid lifləri 90 gün ərzində orqanizmdən təmizləndiyi halda, sellüloz lifləri 1000 gün ərzində ciyarlara hopmuş vəziyyətdə qalır.
 
Ədalət naminə, asbestin də həmçinin  "toz verdiyini" bildirmək lazımdır. Lakin bu asbestdə fərqli baş verir. Bu mineral həmcins deyil. Asbestin ən populyar növü xrizotildir. Xrizotil həyat fəaliyyətinin istənilən sahəsində istifadə üçün daha cəlbedici görünür, onun liflərinin parçalanma müddəti isə 14 gün təşkil edir. Bundan əlavə, amfibol adlanan digər bir asbest növü də mövcuddur. O, 500 qat daha çox patogendir. Məhz buna görə amfibolların istifadəsinə Beynəlxalq Əmək Təşkilatının 162 saylı  "Asbestdən istifadə zamanı əməyin mühafizəsi haqqında" Konvensiyası ilə qadağa qoyulub.  
 
Son 30 il ərzində sintetik lif lobbiçiləri amfibolun öldürücü xüsusiyyətlərini asbestin bütün növlərinə aid edirlər. Və bu işdə onlar az uğur qazanmayıblar. Əfsuslar olsun ki, bir kədərli məqamın bunda rolu çoxdur. Qərbi Avropa ölkələri də daxil olmaqla dünyanın bir çox hissəsində amfibolun mənfi xüsusiyyətlərinin kəşf olunmasından öncə tikintidə və digər sahələrdə məhz amfiboldan istifadə olunurdu. Bu həmin yerlərdə mineralın məhz amfinol nönünün üstünlük təşkil etməsi ilə bağlıdır Nəticədə həmin avropalılar asbestin təhlükəli ola biləcəyinin əyani şahidi olublar. Və xeyirxahlar onları belə qızışdırırsa ən yaxşısı asbest adlanan hər bir şeydən uzaq durmaqdır.
 
Keçmiş SSRİ sakinlərinin bəxti daha çox gətirib. Bu ərazilərin dərinliklərində asbestin təhlükəli növünün demək olar ki, mövcud olmaması səbəbindən burada bütün dövrlərdə xrizotil çıxarılıb və çıxarılmaqda da davam edir. Deməli, elə yalnız xrizotil istifadə olunurdu və hazırda da həmçinin istifadə olunur. Lakin bu asbestin məhvedici olmasına yönəldilmiş fikirlərin həmçinin Azərbaycanda da geniş yayılmasına mane olmur. Həqiqətən qorxu başa bəladır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar