GÜNÜN ŞƏRHİ
Vladimir Putin iqtisadi böhranın iki il davam edəcəyini açıqlamışdı. Beynəlxalq Valyuta Fondunun son hesabatında da dünya ölkələrində iqtisadi inkişaf tempinin iki il aşağı düşəcəyi proqnozlaşdırılıb. Buna rəğmən Rusiyanın iqtisadi böhranın təsirindən sığortalanma tədbirləri 4 il üçün nəzərdə tutulub. Dmitri Medvedyevin açıqladığı fəaliyyət planı Kremlin baş verən prosesləri praqmatik dəyərləndirdiyini göstərir. Böhran iki ilə bitməyəcək, hətta bitsə belə, iqtisadiyyatın dirçəlməsi üçün daha bir neçə il gözləmək lazım gələcək. Açıqlanan planda praqmatik olmayan tək bir məqam var. Dünyanın səkkizinci iqtisadiyyatının böhranın təsirindən qurtarmaq üçün 35 milyard dollar çox azdır və kifayət etməyəcək. Çünki Rusiya rublun kursunu saxlamaq üçün təkcə dekabr ayında bazara təxminən bu rəqəmin yarısı qədər valyuta buraxıb. İqtisadi böhran Rusiyanın bir çox qlobal layihələrinin, o cümlədən “Türk axını” layihəsini vaxtında gerçəkləşdirəcəyini də şübhə altına alır. Ən nəhayət böhranın miqyasının nə dərəcədə geniş olacağını müəyyənləşdirəcək iki qeyri-müəyyən faktor var. Rusiyaya tətbiq olunan sanksiyalar və Ukraynada mövcud durum. Sanksiyalar ağırlaşdırılarsa və Ukraynada münaqişə illərlə davam edərsə, Moskvanın iqtisadi böhrandan alacağı yara daha dərin ola bilər.
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 Yanvar
0
0
0
0