Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 İyul
23 iyul 2014 20:12 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 İyul

 

GÜNÜN ŞƏRHİ

Ağdamlı deyiləm. Ümumiyyətlə, Qarabağlı deyiləm. Amma mənə vaxtı ilə Ağdama, Qarabağa getmək nəsib olub. İlk dəfə atam məni aparıb Şuşaya, keçən əsrin 80-ci illərinin ortalarında. Və indiyə qədər də bilmirəm buna görə ona təşəkkür edim, yoxsa qınayım. Mənə Qarabağı göstərdiyi üçün. Qarabağı görməyənlərə haradasa həsəd aparıram. Çünki onlar heç vaxt başa düşməyəcəklər biz nəyi, haranı itirmişik. Bütün uşaqlığı, gəncliyi, ömrü Qarabağda keçən insanları isə ikiqat artıq başa düşürəm. Onların xatirələrini, nisgillərini, danışdıqlarını, danışmaq istəmədiklərini, hətta danışa bilmədiklərini də anlayıram. İnsanlar üçün xatırlamaq həmişə çətin olub. Mənə belə gəlir ki, insan yalnız həyatındakı pis məqamları xatırlayanda kədərlənmir. Əksinə, keçmişdə baş verən ən yaxşı günləri xatırlamaq daha ağırdır. Bir də yaşanmayacaq qorxusuna görə. Bilirəm, belə pessimist danışdığıma görə, məni qınayanlar da olacaq. Amma hər il təqvimdəki qara yazılan günləri yaşadıqca hələ ki, danışmağa başqa söz tapmıram. Həmin qara yazılan günləri qan rənginə boyamaq ümidi ilə...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 665

Oxşar yazılar