Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 İyul
17 iyul 2014 20:15 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 İyul

GÜNÜN ŞƏRHİ

Bir müddətdir bu məsələyə səssiz qalıb yozum verməməyimin səbəbi var idi. Çünki ermənilərin yayımladığı görüntüləri və xəbərləri həmişəki kimi öz xeyirlərinə hesabladıqlarına şübhəm yox idi. Mənə ancaq məsələyə rəsmi Bakının yanaşması və beynəlxalq qanunlar çərçivəsində verəcəyi açıqlama maraqlı idi. Bu haqda bir az sonra. Mən azərbaycanlıların hansı şəraitdə, necə girov götürüldükləri barədə danışmaq istəyirəm bir az. Ermənilərin bu məsələ ilə bağlı birinci açıqlaması belə oldu: "Azərbaycanlılar girov götürülərkən heç bir silahdan istifadə olunmayıb".

Bu o deməkdir ki, azərbaycanlılar Dədə Qorqud filminin qəhrəmanı Qazan xan kimi yeyib-içib yatıb və erməni hərbçiləri də gəlib onları tutublar. Bir gün sonra isə başqa açıqlama verildi.

"Hadisə zamanı erməni zabiti öldürülüb". Daha sonra isə məlum görüntülər yayımlandı. İlk iki açıqlamanın biri-birinə zidd olduğu açıq-aşkar ortadadır. Keçək görüntülərə. Erməni saytları azərbaycanlıların meşədə kabab yemələri kadrlarından dərhal sonra onlardan birinin hansısa hərbi məntəqənin qarşısında maşından düşürülmə kadrlarını nümayiş etdirirlər. Bax əsl teatr buradadır. Girovun olduğu maşından başqa bir neçə hərbi maşın da dayanır və maskalı şəxslər əli-qolu bağlı adamı bir neçə yerindən tutaraq, başına hətta tapança dirəyib maşından düşürüb binaya aparırlar. Vəssalam...

 Sonra isə sosial şəbəkələrə ötürülən xəbərlər. Girovlardan birinin güllələndiyi, birinin gözünün çıxarılması kimi insanları qarmaqarışıq fikirlərə salan məlumatlar. Və bu məlumatlar heç bir yerdə təsdiqini tapmayıb. Rəsmi Bakının dediyi də elə budur. Belə söz-söhbətin yayılması ancaq və ancaq həmin insanların taleyi ilə bağlı ən üst səviyyədə aparılan araşdırmalara maneçilikdən başqa heç nəyə hesablanmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar