Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Mart
11 mart 2015 20:10 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 Mart

GÜNÜN ŞƏRHİ
 
Qorxu psixologiyası üzərində bərqərar olan bütün sosial institutlar bir-birinə bənzəyir... Dövlətlər, terror təşkilatları, sosial qruplar... Bu sosial institutların sonu da eynidir, qorxu faktoru aradan qalxan kimi sosial institutlar da süquta uğrayır... Buna görə həmin subyektlər öz varlıqlarını qoruyub saxlamaq üçün qorxu yaratmaq üçün hər vasitədən istifadə edirlər... Repressiyalar, işgəncələr, vahimə hekayətləri... Təkcə Sovet İttifaqını xatırlamaq yetər... İŞİD də öz varlığının qorxu yaratmaq amili üzərində quran terror təşkilatıdır... Orta əsrləri xatırladan edam üsulları, nağıllardan oxuduğumuz vəhşətlər, baş kəsmək, diri-diri yandırmaq... Artıq İŞİD gücünü itirmək üzrədir, terror təşkilatı daxilində parçalanma meylləri baş qaldırıb, elan olunan hədəfin bir xəyal olduğunu, müasir dünyada bu hədəflərə çatmağın qeyri-mümkün olduğunu anlayanlar artır... Son bir həftə ərzində İŞİD daxili hesablaşmalarla bağlı iki fakt qeydə alınıb... Birinci halda terror təşkilatının rəhbərləri öz dillərində desək asi çıxan səhra komandirlərini edam ediblər, ikinci halda İŞİD-dən ayrılmaq istəyənlərlə yoluna davam edənlər arasında atışma baş verib və hər iki tərəfdən itkilər olub... Terror təşkilatı daxilində mərkəzdənqaçma meyllərinin artması İŞİD rəhbərliyini yenə edam kimi kütləvi psixoz vasitəsinə əl atmağa vadar edir, zombiləşdirilmiş yeniyetmənin bir girovu güllələməsi videosu buna misaldır. Amma günün gerçəkliyi budur - İŞİD kimi, onların kütləvi təsir üsulları da əvvəlki effektini itirməkdədir... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar