Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 03 İyul
03 iyul 2014 20:05 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 03 İyul

GÜNÜN ŞƏRHİ

Artıq İraq-Suriya sərhədi yoxdur. İŞİD İraq və Şam, yəni İraq və Suriyanı birləşdirmək ideyasının bir qismini həyata keçirib, sərhədləri öz nəzarətinə götürüb və ləğv edib. İŞİD təkcə bununla kifayətlənmir, Türkiyə-Suriya sərhədi boyunca əraziləri də öz nəzarətinə götürür. Ölkənin əsas neft emalı zavodlarını ələ keçirdikdən sonra Türkiyə sərhədi boyunca İraq-Suriya sərhədini ələ keçirməsi İŞİD-in, yaxud onun havadarlarının uzunmüddətli planlarına hesablanıb. Əsas məqsəd Şimali İraqda enerji böhranı yaratmaq, Bərzanini enerji resurslarından məhrum etməkdir. Bu situasiya oyunda həm Bərzaninin çəkisini qaldırır, həm də onun Türkiyədən asılılığını artırır. Real situasiya belədir, İŞİD Şimali İraqa neft məhsulları daşınmasını təmin edən strateji yolları nəzarətə götürsə, bölgə enerji böhranını həll etmək üçün Türkiyə və İrandan real dəstəyə ehtiyac duyacaq. Ankara bu faktordan öz maraqları naminə istifadə etməklə bölgədə itirməkdə olduğu təsir imkanlarını qismən bərpa edə bilər. Əgər, istəsə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar