Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 9 may
09 may 2014 20:08 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 9 may

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ


Bu müharibənin bizə dəxli yoxdur deyənlərə! Yanılırsınız, bu müharibənin də, bu qələbənin də, almanların uğradığı məğlubiyyətin də bizə dəxli var. Biz bu müharibədə yüz minlərlə soydaşımızı itirmişik. Biz bu müharibədə həm sovet qoşunlarının, həm alman qoşunlarının tərkibində iştirak etmişik. Əsir düşmüş, partizanlıq etmiş, qalib gəlmiş və məğlub olmuşuq. Alman faşizmi üzərində qələbədə Bakı neftinin xüsusi rolu olub. Qəhrəman şəhər adı verilməyən, II dünya müharibəsinin adsız qəhrəmanı olan Bakı şəhərinin. Bu səbəbdən özlərini qələbənin əsas səbəbkarı kimi qələmə verənlər qədər bu qələbəni qeyd etməyə bizim də haqqımız var. İlk növbədə o müharibənin ağrı-acısını görmüş, sayları ildən-ilə azalan veteranlarımızın. Sizləri təbrik edirəm, əziz veteranlar! Qələbə günün mübarək, Bakı! Ruhunuz şad olsun, qəhrəman azərbaycanlı döyüşçülər! Kimin tərəfində, kimə qarşı döyüşməyinizdən asılı olmayaraq biz sizinlə həmişə fəxr edəcəyik. Çünki siz həm də Azərbaycan üçün döyüşmüsünüz!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar