Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 8 may
08 may 2014 20:07 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 8 may

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

 

Hər şeyin zamana ehtiyacı var deyiblər. Elə zaman-zaman bu ifadənin nə qədər dəqiq deyildiyinin fərqinə varırıq. Zaman hərdən bizə qarşı amansız olub axı. Məsələn, elə 22 il əvvəl Şuşanın işğalını yaşadığımız bu gün kimi. Düz, 22 ildir ki, Şuşanı zamanın çıxaracağı hökmə təslim etmişik. Zaman isə onu dəyərləndirə bilənə işləyir, elə hökm çıxarmağı də onu dəyərləndirə bilənə verir. Ona görə ki, zamanı qiymətləndirmək yalnız təqvimdəki bayram və matəm günlərini qeyd etmək demək deyil. Əksinə, bu zamanı itirmək və çıxarılan hökmə tabe olmaqdır. Zamanı yenidən qazanmağın yolu da var. Bunun üçün təqvimdəki bir günü müəyyənləşdirib, qarşıya zəfər günü kimi məqsəd qoymaq lazımdır. Məsələn, bu gün məğlubiyyət gününü yaşayırıq, sabah isə qələbə gününü bayram edəcəyik. Zamanın bu ironiyasından nəticə çıxarsaq, görərik ki, məğlubiyyətlə qələbənin arasında bircə gün var. Bu bircə gününün hökmünü isə biz verməliyik...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Oxşar yazılar