Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 16 aprel
16 aprel 2014 20:12 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 16 aprel

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

 

Ukraynanın şərqindən əsir götürülmə, dövlət binalarının naməlum şəxslər tərəfindən ələ keçirilməsi, silahlı insident, hətta ölüm xəbərləri verilsə də hazırda burada baş verənlər barədə konkret heç nə demək mümkün deyil. Bu ölkədə “Maydan hərəkatı” başlayandan Yanukoviçin devrilməsi və hakimiyyətə hazırkı iqtidarın gəlməsinə qədər reaksiyasını ancaq öz mediası vasitəsi və rəsmilərinin bəyanatları ilə bildirən Rusiya anidən belə demək mümkünsə, hücuma keçdi və Krım məsələsini həll etdi. Ukrayna bu hadisələr zamanı Qərbin atacağı addımlara güvənib və ona veriləcək təlimatları gözləməyə üstünlük verərək prosesə heç bir hərbi müdaxilə etmədi. Kiyev ərazisinin itirilməsinə yalnız beynəlxalq birliyə ünvanladığı bəyanatlar və çağırışlarla, qərb isə bu bəyanatları Rusiya siyasi elitasında çox da önəmli olmayan fiqurlara və tanımadığı Krım hökumətinin nümayəndələrinə sanksiyalar tətbiq etməklə kifayətləndilər. Bu siyasi və iqtisadi savaşdan isə Rusiya qalib çıxdı. Proseslərin ölkənin şərqinə keçməsi isə gözlənilən idi və baş verdi. Moskvanın Ukraynanın şərqində eyni ssenarisi - yəni regionların müstəqillik istəkləri səslənməyə başladı. Yaranan görüntü hazırda burada baş verən hadisələrdə Kiyevi üstün gələn tərəf kimi nümayiş etdirir. Fikir versəniz görərsiniz ki, beynəlxalq birliyə səslənmə növbəsi artıq Moskvaya keçib... Burada isə iki proqnoz ortaya çıxır. Birincisi, Ukraynanın regiona hərbi müdaxiləsindən Moskvanın çəkinməsi və ehtiyat etməsi versiyasıdır ki, bu o qədər də inandırıcı görünmür. İkincisi isə daha təhlükəlidir. Qərbə səslənən Rusiyanın siyasi manevri. Moskvanın anidən “mən sizə səsləndim, regionda qarşıdurmanın və rus əhaliyə qarşı təzyiqlərin qarşısını ala bilmədiniz” - deyərək, Ukraynaya qoşun yeritməsi ehtimalı...
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Oxşar yazılar