NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Ukraynada baş verən proseslər fonunda rəsmi Kiyev deyəsən, Qərbin ancaq danışmaqdan başqa heç nə etməyəcəyini anladı. Bu hadisələr fonunda hazırkı hökumət ilk dəfə müstəqil addım atdı və şərq şəhərlərində baş verən hadisələri terror faktı, bu hadisələri törədənləri isə terrorçu adlandırdı. Necə deyərlər, adını qoyub, əmələ keçdi. Donetsk vilayətində antiterror əməliyyatlarına start verdi. Kiyev Krımın necə əldən çıxdığını gördü və yarımada məsələsində əli yanan Ukrayna bu dəfə buna imkan verməmək qərarına gəldi. Kiyev anladı ki, belə getsə və Qərbin hansı addım atacağını gözləsə, Şərq vilayətləri ilə də sağollaşmalı olacaq. Başına gələn başmaqçı olar axı.
Rusiyanın BMT-də Təhlükəsizlik Şurasının iclasını çağırması isə həm də onu göstərdi və Kiyevin bu sərt davranışı onu da sübut etdi ki, Moskvanı hüquq dilində, beynəlxalq tribunalardan danışmağa məcbur etmək olar. Turçinovun “ölkədə federallaşma referendumu keçirilə bilər” açıqlaması isə Ukraynanın demokratik yolla idarə edildiyini nümayiş etdirməkdir və daha çox, yaranan istiliyin üstünə su çiləmək siyasətinə hesablanıb...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 14 aprel
648