Nəqliyyatda 504, rabitədə 621 manat…
27 fevral 2013 15:17 (UTC +04:00)

Nəqliyyatda 504, rabitədə 621 manat…

Ötən il  nəqliyyat müəssisələrində işləyən 68.4 min muzdlu işçinin 74.8 faizi dövlət müəssisələrində, 25.2 faizi özəl bölmədə çalışıb. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. İşçilərin 55.0 faizi yerüstü və boru kəməri, 14.5 faizi su, 7.9 faizi hava nəqliyyatı, 22,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib. 2011-ci illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 12.8 faiz artaraq 504.1 manat olub, bu göstərici hava nəqliyyatında 988.4 manat, dəniz nəqliyyatında 704.4 manat, avtomobil nəqliyyatında 464.4 manat, dəmir yolu nəqliyyatında isə 225.8 manat təşkil edib. Əmək haqqı dəniz nəqliyyatında 19.7 faiz, dəmir yolu nəqliyyatında 13,5 faiz, hava nəqliyyatında 5.9 faiz, avtomobil nəqliyyatında isə 6,7 faiz artıb. 
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 25.9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,0 faiz artaraq 621,8 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar