Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rayonda fəaliyyət göstərən bir qrup yerli sahibkarla görüşüb. İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, sahibkarlarla keçirilən görüş zamanı onların fikirləri, qayğı və istəkləri dinlənilib və onlara məxsus sahibkarlıq obyekti olan mağazaların tikildiyi yerlərdən başqa ünvana köçürülməsi məsələsi müzakirə edilib. Aparılan geniş müzakirə zamanı sahibkarlar bildiriblər ki, onlara məxsus olan sahibkarlıq obyektlərinin ünvanının dəyişdirilərək yeni ünvana köçürülməsi öz razılıq ərizələri əsasında həyata keçirilib.
Görüş iştirakçıları bildiriblər ki, rayonda aparılan abadlıq və quruculuq işlərinə qısqanclıqla yanaşan bəzi şəxslər bir sıra mətbuat orqanlarında, internet saytlarında şər-böhtan xarakterli məlumatlar verməklə rayon ictimaiyyətinin fikirlərində çaşqınlıq yaratmağa çalışıblar.
Çıxış edən bir qrup yerli sahibkarlar bəyan edərək bildiriblər ki, bu cür təxribat xarakterli yazılara uymayacaq, həmişə dövlətə və dövlətçiliyə sadiq olacaqlar.