Neft məktəbi Polşa Universiteti ilə memorandum imzalayıb
09 iyul 2014 13:15 (UTC +04:00)

Neft məktəbi Polşa Universiteti ilə memorandum imzalayıb

Azərbaycanda  rəsmi səfərdə olan Polşanın AGH  (Krakov) Elm və Texnologiya Universitetinin  rektoru, Polşa Ali Təhsil-Biznes Forumunun prezidenti,  professor  Tadeuş Slomkanın  rəhbərlik etdiyi nümayəndə heyəti  BANM-də bir sıra  işgüzar görüşlər keçiriblər. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.

Neft Məktəbinin rektoru E. Qasımov Azərbaycanla Polşa arasında  olan əlaqələrdən danışıb.

 

AGH (Krakov) Elm və Texnologiya Universitetinin rektoru Azərbaycanda və Bakı Ali Neft Məktəbində olmalarından məmnunluq hissləri keçirdiyini, Bakıda polşalı mütəxəssislərin  fəaliyyətinə  yüksək qiymət verildiyinə görə minnətdarlığını bildirib. Polşanın məşhur ali təhsil ocaqlarından birinin rəhbəri kimi hər iki ölkənin  təhsil mərkəzləri ilə əməkdaşlığın inkişafına  hərtərəfli dəstək verməyə hazır olduqlarını qeyd edib.

 

Görüş çərçivəsində  Elmar Qasımov və professor Tadeuş Slomka ilə hər iki ali təhsil müəssisəsi arasında “Anlaşma Memorandumu” imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar