Nəbatat Bağı institut olacaq
31 yanvar 2013 12:07 (UTC +04:00)

Nəbatat Bağı institut olacaq

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) tabe olan bəzi elmi mərkəzlər elmi tədqiqat institutlarına çevriləcək.

 

 Bu barədə APA-ya AMEA prezidenti Mahmud Kərimov bildirib.

 

M. Kərimovun sözlərinə görə, bu, həmin qurumların fəaliyyətinin daha da səmərəli qurulmasına yardımçı olacaq: “Məsələn, AMEA-da Mərdəkan Dendrarisi var. Əslində, bu qurum elmi tədqiqat müəssisəsidir. Elə isə niyə onun adı Dendrologiya İnstitutu olmasın? Mərkəzi Nəbatat Bağı da faktiki olaraq elmi mərkəzdir. Bu mərkəz də Nəbatat İnstitutuna çevrilə bilər. Vaxtilə AMEA-da Əlyazmalar Fondu olub, sonradan Əlyazmalar İnstitutuna çevrilib. Düzdür, Respublika Seysmoloji Xidmət Mərkəzi ikili tabeli qurumdur. Bu qurum həm Nazirlər Kabinetinə, həm AMEA-ya tabedir. Əgər Nazirlər Kabineti etiraz etməsə, Respublika Seysmoloji Xidmət Mərkəzini AMEA-nın struktur vahidi kimi qəbul etmək və AMEA-nın Seymologiya İnstitutu adlandırmaq olar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006
avatar

Oxşar yazılar