İtlərdə quduzluğa qarşı peyvəndləmə aparılır
23 aprel 2019 15:12 (UTC +04:00)

İtlərdə quduzluğa qarşı peyvəndləmə aparılır

Sahibli itlərdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) məlumat verilib.

Bildirilib ki, bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bu dövr ərzində quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparıb. Hal-hazırda Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir.

DBX xəstəlik haqqında məlumat da verib. Qeyd olunub ki, quduzluq bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.

Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir.

Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər.

Xəstəliyin coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur.

Sonra tədricən narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur.

İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur. İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf olur. Əvvəllər xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə buna “meşə quduzluğu” adı verilib. Sonralar xəstəlik şəhərlərdə də qeyd olunmuş və müharibə ilə əlaqədar olaraq yeni quduzluq sahələri yaranıb. Heyvanlar xəstəliyi insana və ev heyvanlarına keçirir. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal) yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Profilaktik məqsədlə hər il planlı qaydada it və pişiklərə antirabik vaksinlə peyvənd aparılmalıdır. Ölkəmizdə hər il quduzluq xəstəliyinə qarşı qeydiyyatda olan 3 aylıqdan yuxarı itlərə “biokan” adlı vaksin tətbiq edilir. Аz. 115, Bakı. 8-ci mikr, 3123-cü məhəllə Тel/Fax: 563-50-06: kom. 562- 23-19(124) Web: www.vet.gov.az E-mail: [email protected]; yolç[email protected] № 27/ММ-04-088 «23» aprel 2019-cu il Peyvənddən 3-4 həftə keçmiş immunitet yaranır və aylarla davam edir. Spesifik hiperimmun serum və qlobulinlə peyvənddən sonra immunitet 1-2 gündən sonra yaranır və 1 aya qədər davam edir. Meşə təsərrüfatı, ovçular cəmiyyəti və qoruq olan təsərrüfatlarda heyvanlar arasında quduzluq müşahidə etdikdə təcili olaraq baytarlıq işçilərinə məlumat verilir və ölmüş heyvan cəsədləri baytarlıq laboratoriyasına göndərilir. Heyvanlar arasında quduzluq xəstəliyinin müalicəsi mövcud deyildir. Xəstəliyə yoluxmuş heyvanlar zərərsizləşdirilir. Mübarizə tədbirlərindən biri də əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır. İnsanlar isə quduzluğa yoluxmuş heyvanın hücumu nəticəsində yoluxa bilərlər. Quduzluq xəstəliyi insanlarda hidrofobiya və sinir pozğunluqları ilə müşayiət olunur. Xəstə heyvanın hücumundan sonra xəstəliyin qarşısını almaq üçün dərhal həkimə müraciət etmək zəruridir. Quduzluq nəticəsində təsərrüfatlara böyük zərər dəyir və insanların yoluxma qorxusu olduğu üçün xəstəliyin ləğv edilməsinin böyük sosial əhəmiyyəti vardır. Dövlət Baytarlıq Xidməti xəstəliyin təhlükəliliyini nəzərə alaraq heyvan sahiblərindən ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən narahatlıq, dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal ərazinin baytar həkimə müraciət etməyi tövsiyə edir. Eləcə də insanları ehtiyatlı olmağa, hər hansı bir heyvan tərəfindən dişləmə və ya cırmaqlanma baş verdiyi halda dərhal səhiyyə ocaqlarına müraciət etməyə və antirabik vaksinini vaxtında vurdurmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758
avatar

Aygün İbrahimli

Oxşar yazılar