Nazirliyin saytında avtomobil və mənzil növbəsində dayananların adları yerləşdiriləcək
30 noyabr 2013 13:02 (UTC +04:00)

Nazirliyin saytında avtomobil və mənzil növbəsində dayananların adları yerləşdiriləcək

 Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında avtomobil və mənzil növbəsində dayanan əlillərin və şəhid ailələrinin siyahısını görmək mümkün olacaq.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

 

Onun sözlərinə görə, dövlət başçısı bütün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sistemində şəffaf prinsiplərin bərqərar olunmasını tapşırıb: “Buna əsasən növbəti mərhələdə ünvanlı sosial yardımın təmin olunması prosesinin avtomatlaşdırılmasına keçiləcək. Yəni insanların müraciətləri ancaq poçt qutusu ilə həyata keçiriləcək. Nəticədə yerlərdə hər hansı bir manipulyasiya etmək mümkün olmayacaq. Bütün bu istiqamətlərdə yaxın zamanlarda şəffaf sistemin qurulduğunu görəcəksiniz”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934
avatar

Oxşar yazılar