Nazirliklər peşə standartlarını müzakirə etdi
24 may 2013 16:15 (UTC +04:00)

Nazirliklər peşə standartlarını müzakirə etdi

Avropa Təhsil Fondu (ATF), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Şərqi Avropada Fasiləsiz Peşə Təhsili üzrə regional layihəsi çərçivəsində “Peşə standartlarından təhsil standartları və tədris planlarına doğru” adlı seminarı keçirilb. Lent.az-ın məlumatına görə, seminarın əsas məqsədi peşə standartları əsasında təhsil standartı (kvalifikasiya) və tədris planları və proqramlarının hazırlanması üçün hansı prosedur və proseslərin vacibliyi məsələləri və o cümlədən bu işlərdə sahə komitələrinin iştirakı və rolunun müzakirəsindən, sahə komitələrinin peşə standartlarından istifadə və yeni tədris proqramlarına ehtiyacın nə dərəcədə olması suallarına cavab tapmaqdan ibarət olub.

 

Peşə standartlarının hazırlanması və onlardan təhsil standartı və tədris planında istifadə etmək və eləcə də, lazımi nəticələrə nail olmaq üçün bu prosesdə sahə komitələrinin rolunu müəyyənləşdirmək məqsədi ilə bu seminarda suvaqçı, otel inzibatçısı və fermerin peşə standartları nümunələri təqdim edilib.

 

Seminarda çıxış edən DIOS layihəsinin əməkdaşı Amin Çərkəzov “Otel resepsionisti misalında peşə standartı əsasında kurikulumun hazırlanması” mövzusunda prezentasiya ilə çıxış edib.

 

Təhsil Problemləri İnstitutunun əməkdaşı Leyla Vahabova suvaqçı peşəsi üzrə standartının keysi əsasında sosioloji tədqiqatın milli kurikulum əsasında ilkin peşə təhsili və təlimi (İPTT) üçün tədris planı formalaşmasını nümayiş etdirən prezentasiyanı iştirakçıların nəzərinə çatdırdı.

 

Sonrakı çıxışlarda Fermer standartının keysi əsasında  Avropa İttİfaqı Tvininq Layihəsinin əməkdaşı Zaur Əliyev Sosioloji tədqiqatın milli kurikulum əsasında ilkin PTT üçün tədris planı formalaşmasını nəzərdə tutan təqdimatı, Estoniya Peşə Kvalifikasiyası Agentliyinin rəhbəri və ATF-in eksperti Olav Aarna “Peşə standartı, peşə kvalifikasiyası və tədris planları və proqramları – təqdim edilən keyslərdən nə əldə etdik?” adlı prezentasiyanı təqdim etdilər.

 

 

Tədbirin sonunda seminarda iştirak edən dövlət nümayəndələri, işəgötürənlər və həmkarlar ittifaqları qurumları diskussiyalara qatılıb və seminarın nəticələrindən doğan fəaliyyətləri, eləcə də növbəti addımları müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar