Nazirlikdən QİÇS-ə tutulanlara şad xəbər - YENİLƏNİB
26 noyabr 2013 16:23 (UTC +04:00)

Nazirlikdən QİÇS-ə tutulanlara şad xəbər - YENİLƏNİB

Azərbaycanda keçirilən “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin QİÇS testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfrans başlayıb. Lent. az-ın məlumatına görə, tədbirdə çıxış edən YUNİSEF-in Azərbaycan ofisinin rəhbəri Mark Herevard qeyd edib ki, 3 gün davam edəcək tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir. Onun sözlərinə görə, dünya ölkələrində 70 minə yaxın insan QİÇS virusunun risk qrupuna daxildir: “Onlar narkotiklərdən istifadə edirlər. Azərbaycanda İİV ötürülməsinin 59%-i iynələr vasitəsilə baş verir. QİÇS-ə yoluxanların müəyyən hissəsi narkotikə düçar olanlardır. Qeyd olunan xəstəliyə yoluxanların 29%-i hetroseksuallardır. Onları müayinəyə cəlb etmək üçün yollar axtarırıq. Yəni görüləcək işlər çoxdur. Virusa yoluxanların sayı artır, onların qarşısı alınmalıdır. Gənclərə yalnız QİÇS-dən azad gələcək lazımdır”.

Daha sonra çıxış edən Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva bildirib ki, Azərbaycanda QİÇS virusuna yoluxanlar arasında gənclər və yeniyetmələr də müəyyən yer tutur: “Bu istiqamətdə beynəlxalq təşkilatlar, QHT-lərlə birgə fəaliyyət göstərir. QİÇS üzrə ilk xidmət laboratoriyası təşkil edilib”.
İdarə rəisi onu da bildirib ki, 2010-cu ildə QİÇS-lə mübarizə üzrə qanun qəbul edilib. “Səhiyyə Nazirliyi tərəfindən müayinə məntəqələri yaradılıb. Hazırda onların sayı 37-dir. Mobil könüllü 6 məntəqə təşkil edilib, onlar briqada ilə təmin olunub. Bu günə kimi İİV infeksiyasına qarşı müxtəlif tədbirlər həyata keçirilir. 2015-ci ilə qədər dərman təminatının tam Səhiyyə Nazirliyi tərəfindən təmin edilməsi nəzərdə tutulub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1360

Oxşar yazılar