Kənd təsərrüfatı naziri İsmət Abasovun sədrliyi ilə Kənd Təsərrüfatı Nazirliyində iclas olub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Kənd təsərrüfatı naziri çıxış edərək bildirib ki, 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlər daxil olması davam edir.
11700 nəfər istehsalçıya 91630,88 hektara görə 50 faiz güzəştlə gübrə satılıb. 19104,59 ton mineral gübrə üçün 4 milyon 89 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədi ilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.