Nazirlikdən 100 akt və protokol
03 aprel 2013 12:03 (UTC +04:00)

Nazirlikdən 100 akt və protokol

Ətraf mühitə zibil atan və axıdanlar 14 min manat cərimələnib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2013-cü ilin 16-31mart tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 100 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 29 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 17 iş üzrə 28 min 900 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 28 iş üzrə 5 min 511,78 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 116 iş üzrə 13 min 826,96 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 5, icra qruplarına 18, məhkəmələrə isə 1 iş göndərilib.

# 656
avatar

Oxşar yazılar