<b>Yenə də yağış, dolu, şimşək...</b>
10 iyul 2017 12:45 (UTC +04:00)

Yenə də yağış, dolu, şimşək...

0

 

Ölkə ərazisində hava pisləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, iyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə  dolu düşəcəyi ehtimalı var.

 

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

İyulun 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şimal-qərb küləyi arabir  güclənəcək.  Havanın temperaturu gecə 20-24° isti, gündüz  28-32° isti, Bakıda gecə  21-23° isti, gündüz  29-31° isti olacağı gözlənilir. 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  30-35°, dağlarda gecə 10-15° isti, gündüz  18-23° isti olacağı gözlənilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar